Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərə daha bir şans yaradılacaq.
Milli.Az bildirir ki, həmin şəxslərin işə qəbulu üçün əvvəlki iki turda boş qalan yerlərə müsabiqə elan olunacaq.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadənin sözlərinə görə, bu mərhələyə sənəd qəbulu sentyabrın 22-23-də aparılacaq.
Ümumilikdə, müsabiqəyə 2 mindən çox boş yer təqdim olunub. Onların arasında ibtidai sinflərdə Azərbaycan bölməsi üzrə vakant yer yoxdur.
Murad Camalzadə vakansiyaların daha çox hansı fənləri əhatə etdiyini də açıqlayıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə iki tur keçirilib. Müsabiqənin I turunda 1178, II turunda isə 489 müəllim müddətli müqavilə ilə işə qəbul olunub. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: