Bu gün orta təhsil müəssisələrində ilk dərs günü həyəcanı yaşanıb. Milli.Az bildirir ki, ilk dərs günü maraqlı görüntülərlə yadda qalıb...

Həyəcanla dayanıb, 11 illik yolda ilk addımlarını ataraq sıra-sıra sinif otaqlarına yol alırlar. Qorxmadan addımlayanlarla yanaşı, valideynlərinə qısılıb gözləri dolanlar da var.

Bura isə birincilər üçün evdən sonra ikinci doğma yer olacaq sinif otaqlarıdır. İlk dərs gününün ən təsirli elə bu otağa daxil olan zaman yaşanır. Hər biri ağ və tərtəmiz geyimləri ilə partaları bəzəyir. Gözlərində sevinc və həyəcan hiss olunur.

Kimi kitabları vərəqləyib, orada yazılanları tez bir zamanda öyrənmək istəyir. Kimi isə bacısı üçün darıxıb elə birinci gün dərsdən evə tələsir.

Birincilər qədər müəllimləri üçün də ilk dərs günü xüsusidir. Dərs dedikləri uşaqlar dəyişsə də, zəhmətkeş müəllimlərin amalı dəyişməz olaraq qalır. Onlar balaca fidanlara həvəslə, səbrlə bilik verməyə davam edirlər.

Qeyd edək ki, 2018 -2019-cu tədris ilində ölkə üzrə 165 min 780 nəfər şagird birinci sinfə gedib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəblərdə ilk dərs həyəcanı