İzmirdə gecə klublarında müğənnilik edən 40 yaşlı Suat Su heyranı olduğu Bülent Ersoya bənzəmək üçün əlindən gələn hər şeyi edib.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, o, istəyinə nail olmaq üçün 5 ildə 10 dəfə əməliyyat olunub.
Bundan başqa, o, Bülent Ersoyun geyimlərindən tikdirir, onunla eyni makiyajı etdirir, onun bijüteriyalarından taxır.
Maraqlı məqam isə odur ki, Suat Su 2 il əvvəl Ersoyla görüşüb. Diva bu bənzərlikdən narahat olub və Su ilə bir daha heç vaxt görüşmək istəməyib.
Milli.Az