Rusiyanın tanınmış müğənnisi Mixail Lukonin avtomobil qəzasında dünyasını dəyişib.

Publika.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, 59 yaşlı ifaçı Sankt-Peterburqdan Peçorski kilsəsinə gedən zaman qəzaya düşüb.

Qəza zamanı yük maşını bir neçə avtomobili əzə-əzə gedib. Onlardan biri də müğənniyə aid olub. İfaçı maşında tək olub.