Mütəxəssislər müəyyən ediblər ki, "Əpl" şirkətinin yeni smartfonu əvvəlki populyar modellərlə müqayisədə 1,5 dəfə daha çox avtonom işləyə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ekspertlər sınaqlar vaxtı yeni smartfonu Ayfon 8 və Ayfon 8 Plus ilə müqayisə ediblər.

Məlumata görə, Ayfon XR smartfonu yüksək məhsuldarlıqlı rejimdə 16 saat avtonom işləyə bilər. Musiqi dinləmə rejimində həmin qurğunun avtonom işləmə müddəti 50 saat davam edə bilər. Bu, Ayfon 8 Plus ilə müqayisədə 1,5 dəfə yüksək göstəricidir.

Milli.Az