Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm".