İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkian bu gün Azərbaycana səfər edəcək.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Bakıdakı səfirliyindən məlumat veriblər.
Məlumatda qeyd olunub ki, M.Pezeşkian sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.
Milli.Az