Misirdə Asvan yaxınlığındakı bir məbəddə yeraltı suların səviyyəsinin azaldılması üçün çalışan yerli arxeoloqlar yeni sfinks tapıblar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Abidələr Nazirliyi məlumat verib. Misir Tarixi Əsərlər Ali Şurasının Baş katibi Mustafa Vəziri, sfinksin Ptolemey dövrünə aid olduğunu bildirib.

“Asuvan Məbədləri” təşkilatının rəhbəri Əbdül Munim Səid bildirib ki, sfinks haqqında daha ətraflı məlumat əldə etmək üçün arxeoloji araşdırma aparmağı planlaşdırıblar.

Günay Elşadqızı / METBUAT.AZ