Sentyabrın 20-də Bakı Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.
Mətbuat.az xəbər verir ki, mötəbər turnirin püşkatma mərasimi sentyabrın 19-da “Hilton Baku” mehmanxanasında olacaq. Məşhur italiyalı müğənni Al Banonun da qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq açılış mərasimi saat 14:00-da başlayacaq.
Yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00-da olacaq.
Yalnız son günə - sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.
19 sentyabr
14:00. Fərdi və komanda yarışlarının püşkatması
20 sentyabr
Qadınlar 48 kq / Kişilər 60 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
21 sentyabr
Qadınlar 52 kq / Kişilər 66 kq
10:00. İlkin görüşlər
14:00. Açılış mərasimi
16:00. Final görüşləri
22 sentyabr
Qadınlar 57 kq / Kişilər 73 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
23 sentyabr
Qadınlar 63 kq / Kişilər 81 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
24 sentyabr
Qadınlar 70 kq / Kişilər 90 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
25 sentyabr
Qadınlar 78 kq / Kişilər 100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
26 sentyabr
Qadınlar 78 kq-dan yuxarı / Kişilər 100 kq-dan yuxarı
10:00. İlkin görüşlər
16:00. Final görüşləri
27 sentyabr
09:00. Qarışıq komanda yarışları