Aşıq Namiq "Sapace"in "Yanar saat" verilişinin kamerasına əməkdar artist Cavanşir Məmmədovun ona verdiyi bir məsləhəti etiraf edib.
Milli.Az xəbər verir ki, Namiq sənətdə yeni olduğu vaxtlar Cavanşirin ona "Saz ifa edərkən bir yerdə durma, sazla hərəkət et səhnədə" dediyini bildirib. Aşıq əməkdar artistin bu təklifindənsə ustad Əhlimanın "Sazla elə hərəkətlər etməzlər" məsləhətinə əməl etdiyini qeyd edib.
Namiq də ona məsləhət verən Cavanşir Məmmədovun avtomobillərə 0.5-1 milyon pul verməsini başa düşmədiyini deyib. O, əməkdar artistin bu addımını bədxərclik kimi dəyərləndirib.
Cavanşir Məmmədov qonağı olduğu verilişdə aşığın sözlərini cavabsız qoymayıb.
Ətraflı videoda:
Məhəmməd Vaqif
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin: