Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az