Milli.Az islaminsesi.info-ya istinadən 20 kiçik vərdişi təqdim edir.

1. Səxavətli olun  - Başqalarının xoşbəxtliyi üçün xərclənən pullar  sizin özünüzə xərclədiyiniz pullardan qat-qat daha çox sevinc və bərəkət gətirə bilər.

2. Çoxlu sual verin - Cavablara diqqətlə qulaq asın! İnovativ düşüncənin yeganə yolu çox sual verib və yaxşı dinləməkdən keçir.

3. Öz yatağınızı yığışdırın - Xoşbəxt insanların bir əlaməti də onların səhər erkəndən qalxaraq öz həyatlarına səliqəli yataqla başlamasıdır.

4. Qeyd edin - Həyatınızdakı   kiçik uğurları belə qeyd edin  Onlar sizi boz və ətalətli günlərdən qurtarar.

5. Təcrübələri satın alın, əşyaları deyil -  Bütün təcrübələr göstərir ki, alınan mallar deyil, qazanılan təcrübələr insana daha çox lazım olur.

6. "Xeyr" deməyi bacarın-  Uğura gedən  bütün yollar mənasız insanlara və hərəkətlərə "Xeyr" demək bacarığından keçir.

7. Vaxtında gəlin-  Hər şeyə öz zamanında vaxt ayırmaq və vaxtında etmək stressi uzaq tutur və münasibətləri gözəl saxlayır.

8. Gözəl davranışlara üstünlük verin-  Hər gün sərgilədiyimiz davranışları diqqətlə seçməliyik.

9. Öz təqviminizdə düşünmək üçün zaman ayırın - Bu bütün uğur qazanmış insanların təqvimində mövcuddur.

10. Maillərə qətiyyən nə yuxudan qalxanda, nə də yatağa gedəndə baxmayın - Bu sizin rahatlığınınızı pozar və gecələr yuxusuzluq verər.

11. Bir vaxtda yalnız bir işlə məşğul olun-  Bir işə fokuslanın və diqqətniz yayınmasın.

12. Səhər erkəndən yuxudan qalxın - Gün ərzində edəcəyimiz işlər səhər erkəndən qalxmaqla başlayır.

13.Əsas işləri qeyd etməklə özünüzə iş limiti qoyun- Bu sizin sağlamlığınıza müsbət təsir edər.

14. Günün sonunda sizi məmnun etmiş 3 hadisəni ya da fikri qeyd etməyi unutmayın- Bu sizin diqqənizi daha da artırar.

15. Yemək yeyin, amma elə də çox olmaz. Daha çox tərəvəz yeməklərinə üstünlük verin -Yemək mədəniyyəti sağlamlığımızın açarıdır.

16. Oxuyun-  Bütün uğurlu insanları birləşdirən eyni bir xətt var: Çoxlu mütaliə

17.  Hər gecə 8 saat yatın-  Hər zaman yatağa eyni saatda gedin və eyni vaxtda qalxın. Hətta istirahət günləri də buna əməl edin.

18. Qohumlarla və ailə üzvləri ilə sıx əlaqə saxlayın-  Xoşbəxt olmağın ən gözəl üsulu cəmiyyətdə və ailədə sosiallaşmaqdır.

19. Məşq edin- Bu həm beyninizi , həm də sağlamlığınızı xilas edər.

20. Gülümsəyin - Təbəssüm həm sizi, həm də qarşınızdakı insanı xoşbəxt etməyə kifayət edir. 

Milli.Az