Şəki rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kiçik Dəhnə kəndinin inzibati ərazisində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini Tərlan Cavanşir oğlu Sadıqov idarə etdiyi motosikletdən yıxılaraq xəsarət alıb. Hadisədən sonra o, Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan "Report"a bildirilib ki, T.Sadıqova sağ inci sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi Cərrahiyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az