Milli.Az xəbər verir ki, bu gün Qazaxıstanda Beynəlxalq Ritm Festivalı başlayır. Festivalda 14 dövlətin incəsənət nümayəndələri təmsil olunur.

Festivalın açılışı Azərbaycanın xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun ifası ilə baş tutacaq. Bütün dövlətlərin musiqiçiləri səhnəyə "Natiq" ritm qrupunun ifa edəcəyi "Sarı gəlin" musiqisinin sədaları altında çıxacaq.

Qeyd edək ki, bu böyük mədəniyyət bayramında Azərbaycan, Qazaxıstan, Hindistan, Gürcüstan, Latviya, Kanada, İrlandiya, Özbəkistan, ABŞ, Litva, Qırğızıstan, Başqırdıstan və digər ölkələr təmsil olunur.

Zərif Nisə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Beynəlxalq ritm festivalı başlayır -