Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-də Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə yola düşüb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, sabah baş nazir Fransa paytaxtında Komitasın abidəsinə çələng qoyacaq və erməni icmasının üzvləri ilə görüşəcək. Həmçinin sabah səfərin rəsmi hissəsi - iki ölkə liderlərinin danışıqları baş tutacaq, daha sonra Paşinyan Paris meriyasında olacaq.

Milli.Az