ATV-nin aparıcısı Ranar Musayev ABŞ-ın Texas ştatında həyəcanlı anlar yaşayıb. 

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, aparıcı bu haqda "ATV xəbər"ə danışıb. 

Texas ştatının Hyuston şəhərində qasırğanın canlı şahidi olan R. Musayev bunları deyib:

"Bütün insanlar panikaya düşdü və çimərlikdən qaçmağa başladılar. Çox dəhşətli mənzərə idi..."

Aparıcı onu da bildirib ki, şəhərin bir hissəsində artıq su çəkilib. 

Təxliyyə edilən insanlar evlərinə qayıdaraq, təmizlik işləri aparır. 

Onlara kömək üçün könüllülərdən ibarət qrup da yaradılıb. 

Qeyd edək ki, təbii fəlakət nəticəsində 80-ə yaxın insan ölüb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 290 kilometrə çatıb. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
ATV-nin aparıcısı ABŞ-da qasırğaya düşdü