Bakı Metropoliteninin əməkdaşı iş başında ölüb.
Bu barədə Metbuat.az-a Bakı Metropolitenindən məlumat verilib.
Belə ki, mühəndis 1957-ci il təvəllüdlü Vaqif Mikayılov “İnşaatçılar” stansiyasında ötən gün işdə olan zaman dünyasını dəyişib.
Məlumata görə, Bakı Metropoliteni QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin mühəndisi olan V.Mikayılov ürəktutmasından vəfat edib.
Məşhur professor canlı yayımda öldü - FOTO - Oxumaq üçün tıkla