Göygöl rayonunda 48 yaşlı kişi iş yoldaşı tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gəncə qəsəbəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Akif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Abbasovun hələlik adı məlum olmayan iş yoldaşı tərəfindən döyüldüyü bildirlir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az