Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sabah Türkiyəyə rəsmi səfər edəcək.
Metbuat.az "Posta.com.tr"yə istinadla bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, dövlət başçısı səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk iş adamları ilə görüşəcək.
Nazarbayevin Qazaxıstan ilə Türkiyə arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına qatılması planlaşdırılır.
Aysel Yaqubqızı / Metbuat.az