ABŞ prezidenti Donald Tramp dünən Virciniya ştatında fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.
Bu, ABŞ-ın şərq sahillərinə sürətlə yaxınlaşan "Florens" tropik qasırğası ilə bağlıdır.
Milli.Az ABC-yə istinadən bildirir ki, Şimali Karolina və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyətdir.
Faktiki olaraq 15 milyon amerikalıya evlərini tərk etmək, təlxiyə göstərişi verilib.
Sabah axşam saatlarında "Florens"in Şimali Karlina ştatındakı Uilminqton şəhərini vuracağı gözlənilir. Sahildən 4 kilometr aralıyadək hər yeri su basacağı ehtimal olunur.
Son dəfə ABŞ 1989-cu ildə belə qasırğa ilə qarşılaşmışdı. 4-cü kateqoriyalı "Hyuqo" qasırğası Şimali Karolinanı vurmuşdu. 7 milyardlıq dollar ziyana səbəb olmuş qasırğada 49 nəfər həlak olmuşdu.
Şimali Karolina ştatının qubernatoru Roy Kuper deyib: "Bu qasırğa əsl monstrdur. Həyat üçün çox təhlükəli, dəhşətli qasırğadır".
ABŞ prezidenti Donald Tramp federal hökumətin "Florens" qasırğasına tam hazır olduğunu vurğulayıb.
Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarında sakinlər evlərini tərk edirlər. Yollarda tıxacların ardı-arası kəsilmir. Yerli sakinlər marketlərdə su, batareyalar, konservlər alır. Bəziləri zirzəmilərdə gizlənirlər.
"Florens" qasırğasında küləyin sürəti 225 km/saata çatacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: