Bu yaxınlarda "kanal D"də "1 Litr göz yaşı" adlı yeni serial başlayacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, adından da göründüyü kimi ekran işi tamaşaçıları dərindən sarsıdacaq və ağladacaq.

Serial 15 yaşında ölümcül xəstəliyə yoluxan və 25 yaşında dünyasını dəyişən yaponiyalı Aya Kitonun gerçək həyatından götürülüb. 

Ekran işində baş rollarda Sanem Çelik, Miray Daner və Tolga Tekin var. Rejissor isə Serhan Şahindir.

Milli.Az