Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində paytaxt sakini olan bir qadının içərisində 200 manat və sənəd olan pulqabısını oğurlanıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nabat Cəfərova saxlanılıb.

Hacı Zeynalov