Türkiyəli pop ulduz Demet Akalın və iş adamı əri Okan Kurt boşanmaq üçün məhkəmə prosesində iştirak ediblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük ayrılmaq üçün müraciət etdikləri Beykoz Ədliyyəsinə ayrı-ayrı gəliblər.
Onların fotoları Türkiyə KİV-ində dərc edilib.
Qeyd edək ki, Demetlə Okan 2012-ci ildə ailə qurub. Cütlüyün bu nikahdan Hira adlı qızı var.
Milli.Az