Qaradağ rayonunun Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Metbuat.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi “Mercedes” markalı dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
ABŞ-da Şəki məhəlləsi: Burada yalnız şəkililər yaşayır - Oxumaq üçün tıkla