Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aktyor Mert Fırat sevgilisi İdil Fıratla ailə qurdu.
Milli.Az axşam.az-a istinadən istinadən məlumat verir ki, aktyor toydan sonra həyat yoldaşı İdillə fotosunu paylaşaraq "İlk görüş" başlığını yazıb. İzləyiciləri ikilinin şəklinə şərhlər yazıblar.
Onlar aktyorun 2 ay müddətində nişanlanıb ailə qurmasına da biganə qalmayıblar. Belə ki, rəylərin birində "Zorla evləndirilirsənsə, gözlərini qırp" şərhi yazılıb. Aktyor həmin şərhə cavab yazmasa da bəyənib
Milli.Az