ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib.
Milli.Az "report"-a istinadən bildirir ki, Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.
"Mən Kuba ilə bağlı tədbirlərin bir il uzadılmasının Birləşmiş Ştatların maraqlarına uyğun olması barədə qərar qəbul etdim", - deyə prezident qeyd edib.
Milli.Az