İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həlak olub.

Publika.az xəbər verir ki, şənbə günü qeydə alınan 8 hadisədə 1 nəfər ölüb, daha 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölümlə nəticələnən hadisə Bakının Qaradağ rayonunda baş verib. Bakı-Qazax magistralının 45-ci kilometrliyində “VAZ” və “Hyundai” markalı iki minik avtomobilinin toqquşması 1 nəfərin ölümünə, daha 3 nəfərin isə ağır xəsarət almasına səbəb olub.

Bazar günü ölkə yollarında ümumilikdə 9 avtomobil qəzası olub ki, nəticədə 2 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölümlə nəticələnən qəzalar Füzuli və Tərtər rayonlarında qeydə alınıb. Hər iki hadisə nəticəsində piyadalar ölüb.

Nizam Rza