Dəmir kəsiyi və bıçaqla silahlanmış əfqan miqrantın hücumu nəticəsində Parisdə 7 nəfər yaralanıb.
Milli.Az Le Parisien-ə istinadən bildirir ki, insident Parisin 19-cu dairəsində, dünən yerli vaxtla saat 22.45-də yaşanıb.
Əfqan miqrant ilk əvvəl MK2 kinoteatrından çıxanlara hücum çəkib. Sonra isə o, kinoteatr binasının yanında petanq oynayarlara hücum edib. Bununla da kifayətlənməyən əfqan Anri Noqer küçəsində adamlara yönəlib. O, Britaniyadan olan iki turisti yaralayıb. Daha bir qurban isə başından yaralanıb.
BFM TV-nin məlumatına görə, 5 yaralı hospitalın reanimasiya bölməsinə yerləşdirilib. İki yaralının vəziyyəti kritik deyil.
Paris polisinin yaydığı məlumata görə, yaşanmış insident terror aktı kimi dəyərləndirilmir.
Polis əfqan miqrantı həbs edib.
Milli.Az