Yeni texnologiya məlumatların dəri ilə ötürülməsi üçün impulslardan istifadə edir
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, qurğu istifadəçinin dərisinə toxunuşla hiss edilən siqnallar göndərən xüsusi qol şəklindədir. O, hər ingilis foneminə təyin olunan müəyyən vibrasiyanı edir. Hisslər səslərin artikulyasiyasına uyğunlaşdırılır. Partlayan samitlər (p və ya b) biləkdə, dilarxası saitlər (g və ya k) isə dirsəkdə vibrasiyalar yaradır. Qurğu, həmçinin elə kodlaşdırılıb ki, müxtəlif hissləri hər danışıq əlamətinə görə generasiya edə bilsin: samit və ya saitlər, kar və ya cingiltili samitlər, uzun və ya qısa saitlər. Lokallaşdırılmış vibrasiyalar samit səslər, hərəkət edən vibrasiyalar isə sait səslərdir. Qısa sait səslər qısa, uzun saitlər isə uzun vibrasiyalar yaradır.
Tədqiqat Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ilə birgə keçirilmiş illik layihənin tərkib hissəsini təşkil edir. Sadə mənimsənilən texnologiya alternativ rabitə metodu kimi bir çox sahələrdə tətbiq oluna bilər. İstifadəçilər müxtəlif səslərlə və ya mənalarla əlaqədar vibrasiyaları bir neçə saata öyrənə bilərlər. Hazırkı qurğu prototipində ingilis dilində sözlər və fonemlər kodlaşdırılsa da, gələcəkdə texnologiyanın şifrlər daxil olmaqla müxtəlif dillərlə işləyəcəyi gözlənilir.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51