Saatlı rayonu ərazisindən keçən Sabir su kanalından qadın meyiti tapılıb.

Milli.Az Report-a istinadən bildirir ki, meyit tanınmaz halda olduğundan onun şəxsiyyəti məlum deyil.

Qadının cəsədi sudan çıxarılaraq rayon morquna təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.

Milli.Az