Yəqin ki, uzun illər cizgi filmələrini izləyən hər kəs Disney qəhrəmanlarının əksəriyyətinin 4 barmağının fərqinə varıb.

İslaminSesi bildirir ki, əksər qəhrəmanların 4 barmaqlı təsvir olunması təsadüfü deyil. Onlar bunu şüurlu şəkildə ediblər. Diqqət etsəniz görərsiniz ki, qorxunc qəhrəmanların 5, güldürən qəhrəmanların 4 barmağı olur. Bunun səbəbi isə psixoloji olur. İnsanlar bu qəhrəmanların insana bənzəməsini ikrahla qarşılayırlar. Yəni cizgi film obrazları reallıqdan nə qədər uzaq olsalar bizə o qədər cəlbedici görünərlər. Təbii ki, dediklərimiz şahzədə tipli qəhrəmanlara aid deyil. Axı, onlar insan kimi yaradılır.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, belə bir ehtimal da söyləyə bilərik ki, 4 barmaqlı təsvir hələ kukla teatrının fenomen olduğu zamanlardan qalıb. Hələ o zaman ustalar bunun qeyri-adi olduğunu fərq etmişdilər. Amma heyvan obrazları yaradılarkən eyni ilə həyatdakı kimi edilir. Axı baxsaq həyatda da heyvanların pəncələrindəki beşinci barmaq gizlidir.

Amma qərblə müqayisədə Yaponiyada qəhrəmanlar 5 barmaqlı təsvir olunurlar. Bunun isə ciddi səbəbi var. Çünki 4 rəqəmi Çində və Yaponiyada ölüm rəmzidir.

Şərqi Asiya mədəniyyətində rəqəmlər çox böyük əhəmiyyət kəsb edir. Ona görə də siz orada hətta 4 rəqəmnin yazılışına belə çox nadir hallarda rast gələrsiniz.

Bndan əlavə Yaponiyada çeçelə barmaq xüsusi əhəmiyyət kəsb edir. Yaponiyada "Yakudzo" mafiya dünyasının ən sərt qaydalarından biri bu barmağın kəsilməsi idi. Əgər təşkilatın üzvü pis hərəkət edərdisə və ya andı pozardısa belə cəzalanardı. Ona görə də 4 barmaqlı cizgi film qəhrəmanı Yaponiyada heç də yaxşı qarşılanmazdı.

Milli.Az