ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronun devrilməsinə dair planları venesuelalı üsyançı zabitlərlə müzakirə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Amerikanın "New York Times" qəzeti Venesuelanın hərbi mənbələrinə istinadla yazır.

Nəşr qeyd edir ki, ABŞ prezidenti administrasiyası ilə müxalifətdə olan zabitlər arasında məxfi görüşlər bir il ərzində davam edib.

Adı açıqlanmayan venesuelalı yüksək rütbəli hərbi qulluqçu bildirib ki, Maduro hökumətinə qarşı ən azından üç hərbi qrup əməliyyat hazırlayıb. Lakin bu planlar reallaşmayıb.

Milli.Az