Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə ümidvar olduğunu bildirib ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra da iki ölkənin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə əsasən qurulacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Paşinyan bu məsələlərin həll olunacağına əminliyini ifadə edib:

"Biz ittifaq münasibətlərimizin maraqlarına, ölkələrimizin maraqlarına hörmət edilməsinə, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsinə əsaslanacağıq".  

O əlavə edib ki, iki ölkənin əlaqələrinin bütün potensialını açmağa çalışmaq lazımdır. Paşinyanın sözlərinə görə, iki ölkənin mediasında pessimist məqalələrə rəğmən, qarşılıqlı tərəfdaşlıq dinamik inkişaf edir.

Milli.Az