Nepalın mərkəzi hissəsində, Himalay dağlarında içərisində 7 nəfərin olduğu helikopter itib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, helikopter kəndlərin birindən xəstə sakini paytaxt Katmanduya aparırmış.

İtən helikopterdə pilotla yanaşı, 6 sərnişin də olub. Sərnişinlər arasında bir yaponiyalı turistin olduğu deyilir.

Helikopterin axtarışları üçün xilasedicilər bölgəyə yollanıb.

Milli.Az