İstanbulda 2 turist tramvayın altında qalıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, qırmızı işıqda yolu keçməyə çalışan 2 yapon turisti tramvay vurub.

Hadisə İstanbulun Fatih rayonunda baş verib.

Turistlərdən birinin vəziyyəti ağırdır. İddialara görə, tramvay onu 20 metr boyunca sürüyüb.

Bəxtiyar Umarlı
Milli.Az