ABŞ-ın Filadelfiya ştatında maraqlı oğurluq edilib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "Insectarium and Butterfly Pavilion" muzeyindən 7 min böcək, hörümçəklər, sürünənlər, əqrəblər və s. canlılar oğurlanıb. Muzeyin müdiri Con Bruks deyib ki, daha əvvəl belə oğurluqla rastlaşmayıblar. Bildirilir ki, canlıları 40 min dollara satmaq mümkündür. Həmin heyvanlar Cənubi Afrika, Cənubi və Mərkəzi Afrika meşələrindən toplanaraq muzeyə gətirilmişdi.

Polis hadisə ilə bağlı istintaq prosesinə başlayıb.

Milli.Az