"Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun Türkiyədəki səfiri Andrey Savinıx deyib.

Səfir bildirib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları keçə bilər:

"Artıq ticarətdə Türkiyə lirəsi və Belarus rublu ilə hesablaşmaq vaxtı çatıb".

Diplomatın sözlərinə görə, milli valyuta ilə hesablaşmalar ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcək.

Milli.Az