“Səni deyirlər” fləşmobuna aktrisa Pərvin Abıyeva da qoşulub.
Publika.az xəbər verir ki, aktrisa rəqs görüntülərini isntaqramda paylaşıb. Kino ulduzu bildirib ki, qrip olsa da, mahnının ritmləri məcbur edir ki, oynasın.
Məlumat üçün bildirək ki, İranda yaşayan cənubi azərbaycanlıların "Səni deyirlər" rəqs fləşmobu son günlər sosial şəbəkələrdə fenomenə çevrilib. Bu fləşmobun Urmiya gölünün qurudulmasına etiraz olaraq başladıldığı irəli sürülüb.