Yevlaxda azyaşlı qəzanın qurbanı olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev “Volkswagen” markalı avtomobili idarə edərək evinin həyətində nəvəsi - 3 yaşlı Ramiz Əlizadəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.