Hindistanın Uttarakxand vilayətində avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə baş verən an avtobusun içərisində 30-dan çox insanın olduğu bildirilir.

İlkin ehtimallara görə, qəzaya səbəb sürücünün dağ yolunda idarəetməni itirməsi olub.

Milli.Az