Türkiyədə yaşayan sənətçi Günel Zeynalova gözlərindən əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə G.Zeynalova özü instaqramda məlumat verib. Göz zəifliyindən şikayət edən müğənninin əməliyyatı lazerlə aparılıb. Sənətçi bildirib ki, uzağı yaxşı görə bilmədiyi üçün səhnədə problem yaşayıb.
G.Zeynalova 10 dəqiqəlik əməliyyatdan sonra evə buraxılıb.