Dünya şöhrətli ovçu Etika Akademiyasının qonağı olub.
Metbuat.az xəbər verir ki, Etika Akademiyası fərdi inkişaf mərkəzi kimi uğrunu daxili bacarıqlar və dəyərlər əsasında əldə edən silsilə ustad təlimləri təşkil edir. Bu dəfə qonaqları dünya ovçuları arasında ən yüksək reytinqdə yer alan, çəkdiyi videolarda Azərbaycan bayrağını əlindən yerə qoymayan Faiq Babanlı olub.
O, Etika Akademiyasının məşqçi və partnyor heyəti ilə görüşdə dünya ov etikasından, brakonyerlərə qarşı mübarizədən, heyvanların populiziyasiyasında ovun vacibliyindən, azalmağa gedən heyvan növlərinin qorunmasından danışıb. Faiq Babanlı insanın nə qədər güclü bir varlıq, yaradılışından verilən zəkası, yer kürəsində olan aliliyi və əzmi nəticəsində ən yırtıcı heyvanları belə özünə tabe edə bilməsinin bariz nümunələrindən göstərib.
Heyvanların və cəngəlliklərin energiyasını insan necə hiss edə bilər və daha da artıq necə tabe edə bilər, yırtıcılarla üzbəüz gəldikdə adrenalinin və zəkanın xilas ediciliyi faktlar gətirilib.
Görüş zamanı verilən əsas sual Faiq Babanlının ov prinsiplərindən idi. Əsas qanuni ərazidə ovlanmaq, mənə hücüm etməyən yırtıcını və dişi yırtıcı heyvanı vurmuram deyib. Daha çox cəngəlliklərə yaxın kəndlərə təhlükə yaradan, insanlara hücüm edən, su hövzələrini kəsən heyvanları ovladığını bildirib. Faiq Babanlı təbiətlə ahənglik, vəhşi təbiətin sənə verdiyi həyat gücü və özünü dərk etmə haqqında yaşadıqlarından danışıb.
"Missiyanız nədir? " - Faiq Babanlıya verilən son suala cavab:
"İnsan yaradılanlardan ən güclü varlıqdır, bu gücün də zəkadan olduğunu dünyaya duyurmaqdır”
Etika Akademiyasının rəhbəri Günel İbrahim sonda qeyd edib ki, mərkəzimiz motivasiya təlimlərində keyfiyyətli düşüncədən və düşüncəni formalaşdıran dəyərlərə xüsusi yer ayırır. İnsan zəkasının itiliyi və aliliyi dəyərlərdən yoğrulmalıdır. Doğru niyyət əməllərdə, ölüm və qalım anlarında insan olaraq sona qədər qalmaq seçimini hər zaman edir.
Etika Akademiyasında Faiq Babanlıyla görüş uğurla bitib. Faiq Babanlı etikanın təbliğində və inkişafında daim dəstək verəcəyi, balaca və gənc üzvlərlə də görüşə hazır olduğunu bildirib.