Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (FHDX) məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ukrayna polisi bildirib. Qeyd olunur ki, bu 6 sentyabr tarixində qəzaya uğrayan ikinci helikopterdi. Bildirilir ki, hadisənin səbəbləri məlum deyil, ölən yoxdur.

Xatırladaq ki, dünən səhər saatlarında Kiyev vilayətinin Truxanov adasında özəl təyyarə qəzaya uğrayıb, nəticədə 2 nəfər xəsarətlər alıb.

Milli.Az