Yaponiyanın Hokkaydo adasında baş verən 6,7 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 10-u ötüb. 130-dan çox insan xəsarətlər alıb.
Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, zəlzələnin səbəb olduğu torpaq sürüşmələri nəticəsində 30-a qədər insan itkin düşüb.Onların axtarışları davam edir. Təbii fəlakət çox sayda tikiliyə və elektrik təchizatına ziyan vurub. 3 milyon sakin işıqsız qalıb.
“Tomari” nüvə stansiyasında fövqəladə vəziyyət elan edilib. Fəsadları aradan qaldırmaq üçün bölgəyə xilasedicilərlə yanaşı 25 min əsgər cəlb edilib.
Sübhan / METBUAT.az