"Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 74 əməkdaşı Türkiyə-Azərbaycan sərhəddində minatəmizləmə əməliyyatlarında iştirak edir". 

Bunu Milli.Az-a açıqlamasında ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova deyib. 

Onun sözlərinə görə, indiyə kimi Türkiyə-Azərbaycan sərhəddində həyata keçirilmiş əməliyyatlar nəticəsində 15 000 kvadratmetr ərazi təmizlənib, 500 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. 

S.Sərkərova ANAMA-nın başqa ölkələrdə də minatəmizləmə əməliyyatlarında iştirak edəcəyinin gündəmdə olduğunu vurğulayıb.

Milli.Az