Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayının ortalarında Azərbaycana səfəri planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər sentyabrın 15-i nəzərdə tutulub.

Birgünlük səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunacaq.

Milli.Az