Suriya ordusu İŞİD terror təşkilatının mövqelərinə hücumlarını davam etdirir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, döyüşlərlə bağlı görüntüləri "Al-Masdar News" yayıb. 

Hökumət qüvvələri İŞİD-in nəzarətində olan Əs-Suvayd bölgəsinin şərqinə doğru iki kilometr məsafədə irəliləyiblər. 

Hərbi mənbələrin məlumatına görə, burada qruplaşmanın dəstələri mövcuddur. 

Döyüşlər zamanı 30-a yaxın silahlı məhv edilib. Hərbçilər çox sayda silah-sursat ələ keçiriblər. Məlumatlara görə, İŞİD-in iki terrorçusu hökumət qüvvələrinə təslim olub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Взятие последнего оплота