Məşhur aktrisa Hande Ataizi ticarətlə məşğul olmaq qərarına gəlib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, aktrisa tekstil sənayesinə girmək və geyim dükanı açmaq istəyir.

Ataizi dizaynını özü verdiyi geyimləri satacaq. Bir dükan açmağı planlaşdıran aktrisa İstanbulun Nişantaşı səmtində kirayəyə obyekt axtarır. Bundan başqa onun məhsulları müxtəlif mağazalarda da satılacaq.

Hande 2012-ci ilin sentyab ayında amerikalı Benjamin Harvey ilə evlənmişdi. Cütlük bu ilin may ayında boşanıb. Nikahdan Leon adlı övladları var. Handenin 44 yaşı olsa da, gözəlliyini qoruyur və hələ də evlənmə təklifləri alır.

Milli.Az