Qırğızıstanın İssık Qul vilayətindəki Baktuu-Dolonotu kəndinin yaxınlığında 3-cü Ümumdünya Köçəri Oyunları davam edir.
Milli.Az bildirir ki, sentyabrın 8-də davam edəcək yarışlar 2012-ci ildə ilk dəfə keçirilib. Qırğızıstanın hakimiyyət dairələrinin məqsədi bu yarışlar vasitəsilə köçəri mədəniyyətini qorumaq və inkişaf etdirməkdir.
Yarışların etnik ildman və mədəniyyətə dünya miqyasında təkan verəcəyi də güman olunur.
Builki yarışlarda dünyanın 66 ölkəsindən 1500 idmançı iştirak edir. Onlar 174 qızıl, 173 gümüş və 247 bürünc medal uğrunda mübarizə aparacaqlar. 3-cü Ümumdünya Köçəri Oyunlarının mükafat fondu 28 milyon somdur.
Yarışları dünyanın 58 ölkəsindən 512 jurnalist işıqlandırır.
Onların arasında BBC, Aljazeera network, CCTV, The New York Times, National Geographic Society, Associated Press, France Press və başqaları var.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: