Malayziya hökuməti bildirib ki, Sinqapurla əldə edilən razıalşmaya əsasən, iki ölkə arasında yüksəksürətli dəmir yolu xəttinin inşası təxirə salınır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Malayziyanın iqtisadiyyat naziri Mohamməd Əzmin Əli məlumat verib.

Nazirin sözlərini sitat gətirən yerli kütləvi-informasiya vasitələri bildirirlər ki, tərəflər tikinti işlərinin xərclərini aşağı salmaq barədə məsləhətləşmələri davam etdirəcəklər. Bunun nə vaxta qədər davam edəcəyi barədə məlumat verilmir.

Baş nazir Mahathir Məhəmməd iyulda maliyyə çətinlikləri ilə bağlı layihənin dayandırılacağını bəyan etdikdən sonra Malayziya hökuməti Sinqapur tərəfi ilə müzakirələr aparır.

Milli.Az